Nəşr satışı yoxdur

Hörmətli bakalavrlar! Jurnalımızın bu xüsusi buraxılışında sizə bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramlarını təqdim edirik. Proqramlar bakalavriat səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib. Birinci kitabça "Texniki elmlər" (T), "Təbiət – texniki elmlər" (TT), "Aqrar və balıq təsərrüfatı" (AT) və "Ekologiya və təbiətdən istifadə" (ET) istiqamətləri üzrə ixtisasları, ikinci - "İqtisadiyyat və idarəetmə" (İİ) istiqaməti üzrə ixtisasları, üçüncü - "Maarif" (M) və "Təbiət elmləri" (TE) istiqamətləri üzrə ixtisasları, dördüncü kitabça ¬isə "Humanitar və sosial elmlər" (HS) istiqaməti üzrə ixtisasları bitirən bakalavrlar üçün nəzərdə tutulub.