15 AZN (onlayn)

Dövlət İmtahan Mərkəzi imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün fizika vəsaitini nəşr edib.

Təqdim olunan vəsait fənn üzrə məzmun standartlarına uyğun olaraq, “Kinematikanın əsasları”, “Çevrə üzrə bərabərsürətli hərəkət”, “Dinamika”, “Ümumdünya cazibə qanunu”, “Elastiklik və sürtünmə qüvvələri”, “Saxlanma qanunları”, “Mexaniki rəqslər və dalğalar”, “Aero-hidrostatika. Aero-hidrodinamika”, “Mole­kulyar-kinetik nəzəriyyənin əsasları”, “Termo­dinamikanın əsasları”, “Qazların, mayelərin və bərk cisimlərin xassələri”, “Elektrostatika”, “Elektrik tutumu”, “Sabit cərəyan qanunları”, “Müxtəlif mühitdə elektrik cərəyanı”, “Maqnit sahəsi. Maqnit induksiyası”, “Elektromaqnit induksiyası”, “Elektromaqnit rəqsləri və dalğaları”, “Dəyişən elektrik cərəyanı”, “Həndəsi optika”, “Dalğa optikası”, “Kvant fizikası. İşıq kvantları”, “Atom və nüvə fizikasının əsasları” mövzularından ibarətdir.

Bu vəsaitdə situasiya tipli tapşırıqlar da təqdim edilib ki, bunlar da biliklərin qaza­nılmasında, bacarıq və vərdişlərin forma­laş­ma­sında böyük rol oyna­yır. Qeyd etmək lazımdır ki, situasiya tipli  tapşırıqlar fənn kurikulumu­nun təlim nəticələrinin  yoxlanılmasına və qiy­mət­ləndirilməsinə daha yaxşı imkan verir.  Belə ki, bu tipli tapşırıq­larla situasiya daxilində verilənləri görə bilmək baca­rı­ğı, qoyulmuş sualların cavablan­dır­ılması üçün tətbiq etmə vərdişləri, müxtəlif  vəziy­yət­lərdə qərarvermə, habelə alınmış nəticə­ləri təqdim­­­­­etmə bacarıqları yoxlanılır. Situasiya tipli tap­şırıq­ların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.

Qeyd etmək lazımdır ki, hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edilib.

Vəsaitin sonunda orta məktəb fizika kursun­da istifadə edilən əlavə materiallarda dərc edilib.

Vəsaiti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

  • Ad: Fizika (imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
  • Kateqoriya: Vəsaitlər