Ədəbiyyat (imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
18 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün ədəbiyyat vəsaitini nəşr edib.
Təqdim olunmuş vəsait ədəbiyyat fənn kurikulumu məzmun standartlarının tələblərinə tam uyğundur. Vəsait bu bölmələrdən ibarətdir: “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Qədim dövr Azərbaycan ədəbiyyatı”, “İntibah dövrü Azərbaycan ədəbiyyatı”, “Orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü”, “Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü (XIX əsrin 90-cı illərindən 1920-cı ilədək)”, “Cənubi Azərbaycan ədəbiyyatı”, “Sovet dövrü Azərbaycan ədəbiyyatı (1920-1960)”, “Milli-mənəvi özünüdərk dövründə ədəbiyyat (1961-1990)”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (1991-ci ildən günümüzə qədər)”, “Dünya ədəbiyyatından seçmələr”, “Ədəbiyyat nəzəriyyəsi”.
Bu vəsaitdə mətnə aid tapşırıqlar da təqdim edilib ki, bunlar da biliklərin qazanılmasında, bacarıq və vərdişlərin formalaşmasında böyük rol oynayır. Qeyd etmək lazımdır ki, mətnə aid tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiymətləndirilməsinə daha yaxşı imkan verir. Belə ki, bu tipli tapşırıqlarla mətn daxilində verilənləri görə bilmək bacarığı, qoyulmuş sualların cavablandırılması üçün tətbiq etmə vərdişləri, müxtəlif vəziyyətlərdə qərarvermə, habelə alınmış nəticələri təqdimetmə bacarıqları yoxlanılır. Mətnə aid tapşırıqların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid altstandartların birgə yoxlanıla bilməsidir.
Qeyd etmək lazımdır ki, hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edilib.
Vəsaiti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
- Ad: Ədəbiyyat (imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
- Kateqoriya: Vəsaitlər