Физика (ПОСОБИЕ ДЛЯ ГОТОВЯЩИХСЯ К ЭКЗАМЕНАМ, А ТАКЖЕ ДЛЯ УЧАЩИХСЯ СТАРШИХ КЛАССОВ И ПРЕПОДАВАТЕЛЕЙ)
17 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün физика vəsaitini nəşr edib.
Təqdim olunan vəsait fənn üzrə məzmun standartlarına uyğun olaraq, “Kinematikanın əsasları”, “Çevrə üzrə bərabərsürətli hərəkət”, “Dinamika”, “Ümumdünya cazibə qanunu”, “Elastiklik və sürtünmə qüvvələri”, “Saxlanma qanunları”, “Mexaniki rəqslər və dalğalar”, “Aero-hidrostatika. Aero-hidrodinamika”, “Molekulyar-kinetik nəzəriyyənin əsasları”, “Termodinamikanın əsasları”, “Qazların, mayelərin və bərk cisimlərin xassələri”, “Elektrostatika”, “Elektrik tutumu”, “Sabit cərəyan qanunları”, “Müxtəlif mühitdə elektrik cərəyanı”, “Maqnit sahəsi. Maqnit induksiyası”, “Elektromaqnit induksiyası”, “Elektromaqnit rəqsləri və dalğaları”, “Dəyişən elektrik cərəyanı”, “Həndəsi optika”, “Dalğa optikası”, “Kvant fizikası. İşıq kvantları”, “Atom və nüvə fizikasının əsasları” mövzularından ibarətdir.
Bu vəsaitdə situasiya tipli tapşırıqlar da təqdim edilib ki, bunlar da biliklərin qazanılmasında, bacarıq və vərdişlərin formalaşmasında böyük rol oynayır. Qeyd etmək lazımdır ki, situasiya tipli tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiymətləndirilməsinə daha yaxşı imkan verir. Belə ki, bu tipli tapşırıqlarla situasiya daxilində verilənləri görə bilmək bacarığı, qoyulmuş sualların cavablandırılması üçün tətbiq etmə vərdişləri, müxtəlif vəziyyətlərdə qərarvermə, habelə alınmış nəticələri təqdimetmə bacarıqları yoxlanılır. Situasiya tipli tapşırıqların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.
Qeyd etmək lazımdır ki, hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edilib.
Vəsaitin sonunda orta məktəb fizika kursunda istifadə edilən əlavə materiallar da dərc edilib.
Vəsaiti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
- Ad: Физика (ПОСОБИЕ ДЛЯ ГОТОВЯЩИХСЯ К ЭКЗАМЕНАМ, А ТАКЖЕ ДЛЯ УЧАЩИХСЯ СТАРШИХ КЛАССОВ И ПРЕПОДАВАТЕЛЕЙ)
- Kateqoriya: Vəsaitlər