22 AZN (onlayn)

Dövlət İmtahan Mərkəzi imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün математика vəsaitini nəşr edib.

 Təqdim olunan vəsait fənn üzrə məzmun standartlarına uyğun olaraq, “Həqiqi ədədlər. Kompleks ədədlər”, “Nisbət və tənasüb. Faiz”, “Tam cəbri ifadələr. Rasional kəsrlər”, “İrrasional ifadələr. Həqiqi üstlü qüvvət”, “Birdəyişənli tən­liklər. Tənlik qurmaqla məsələ həlli”, “Tənliklər sistemi və tənliklər sistemi qurmaqla məsələ həlli”, “Bərabərsizliklər”, “Ədədi ardıcıllıqlar. Sil­silə­lər”, “Funksiyalar və qrafiklər”, “Triqono­metrik funksiyalar”, “Triqo­no­metrik tənliklər”, “Üstlü və loqarifmik funksi­yalar”, “Üstlü və loqarifmik tənliklər, bərabər­sizliklər və sistemlər”, “Törəmə və onun tətbiqləri”, “İbtidai funksiya və inteqral”, “Ölçmə. Çoxluqlar nəzəriyyəsinin əsas­ları”, “Statistikanın elementləri. Birləşmələr nəzə­riy­­yəsinin və ehtimal nəzəriyyəsinin element­­ləri”, “Ən sadə həndəsi fiqurlar. Çevrə”, “Üçbucaq­lar”, “Dördbucaqlılar və çoxbucaq­lılar”, “Hərəkət. Oxşarlıq və koordinatlar metodu”, “Fiqurların sahəsi”, “Fəzada düz xətlərin və müstəvilərin qarşılıqlı vəziyyəti”, “Çoxüzlülər. Onların səthi və həcmi”, “Fırlanma cisimləri” bölmələrindən ibarətdir.

Bu vəsaitdə situasiya tipli tapşırıqlar da təqdim edilib ki, bunlar da biliklərin qaza­nılmasında, bacarıq və vərdişlərin forma­laş­ma­sında böyük rol oyna­yır. Qeyd etmək lazımdır ki, situasiya tipli  tapşırıqlar fənn kurikulumu­nun təlim nəticələrinin  yoxlanılmasına və qiy­mət­ləndirilməsinə daha yaxşı imkan verir.  Belə ki, bu tipli tapşırıq­larla situasiya daxilində verilənləri görə bilmək baca­rı­ğı, qoyulmuş sualların cavab­lan­dır­ılması üçün tətbiqetmə vərdişləri, müxtəlif  vəziy­yət­lərdə qərarvermə, habelə alınmış nəticə­ləri təqdim­­­­­etmə bacarıqları yoxlanılır. Situasiya tipli tap­şırıq­ların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid altstandartların birgə yoxlanıla bilməsidir.

Qeyd etmək lazımdır ki, hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edil­ib.

Vəsaitin sonunda orta məktəb riyaziyyat kur­sun­da istifadə edilən əlavə materiallar da dərc edilib.

Vəsaiti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

  • Ad: Математика (ПОСОБИЕ ДЛЯ ГОТОВЯЩИХСЯ К ЭКЗАМЕНАМ, А ТАКЖЕ ДЛЯ УЧАЩИХСЯ СТАРШИХ КЛАССОВ И ПРЕПОДАВАТЕЛЕЙ)
  • Kateqoriya: Vəsaitlər