
“Doktorantura” metodik vəsait - 2025
10 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlara hazırlaşanlar üçün “Doktorantura” metodik vəsaitini dərc edib.
Metodik vəsait doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə keçirilən imtahanlara (qəbul və fəlsəfə doktoru), o cümlədən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına hazırlaşan və bu sahə ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulub. Vəsaitdə imtahanlarla əlaqədar qaydalar, imtahan proqramları, tapşırıq nümunələri və digər zəruri materiallar təqdim edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyəsinə uyğunlaşdırılaraq hazırlanıb.
Vəsaiti DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür.
https://shorturl.at/B4g0M
- Ad: “Doktorantura” metodik vəsait - 2025
- Kateqoriya: Metodiki dərs vəsaitləri