Nəşr satışı yoxdur / 1.5 AZN (PDF)

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib.
Jurnalın bu xüsusi buraxılışında həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim edilib.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq mümkündür.
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

  • Ad: Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elanı
  • Kateqoriya: Xüsusi buraxılışlar