Nəşr satışı yoxdur / 2 AZN (PDF)

Mündəricat faylı- Subbakalavr_2024_mun.pdf

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını çap etmişdir.

Bu xüsusi buraxılışda “2024/2025-ci tədris ili üçün  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunmuşdur.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

  • Ad: 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI
  • Kateqoriya: Xüsusi buraxılışlar