10 AZN (onlayn) / 5 AZN (PDF)

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) üçün metodik vəsait dərc edilmişdir. 

Metodik vəsait Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram, yeni imtahan modelinin tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilmişdir. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri  tərəfindən nəzərdən keçirilmiş, onların rəy və tövsiyələri nəzərə alınmaqla, dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmışdır.

Metodik vəsaiti kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

  • Ad: Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) üçün metodik vəsait
  • Kateqoriya: Xüsusi buraxılışlar