Nəşr satışı yoxdur

İstifadənizə təqdim olunan “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanmışdır.
Vəsaitə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazırlanmış və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
Kitabda dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilmişdir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Kitabı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.