Nəşr satışı yoxdur / 2 AZN (PDF)

Mündəricat faylı- Abituriyent_3_az_2019_mun.pdf

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini çap etmişdir. Bu nömrədə 2019/2020-ci tədris ili üçün  Azərbaycan Respublikasının ümumi orta (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.