Fransız dili
Nəşr satışı yoxdur
DİM yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün "LE FRANÇAIS" vəsaitini nəşr etmişdir.
Vəsait Giriş və 4 bölmədən ibarətdir (“Dinləyib-anlama”, “Oxu”, “Yazı” və “Fonetika və Qrammatika”). Vəsaitdə fransızdili fənninin üç məzmun xətti: “Dinləyib-anlama”, “Oxu”, “Yazı” və eyni zamanda “Fonetika”, “Qrammatika” qaydaları V-XI siniflər üzrə sistemli şəkildə təqdim edilir.
Vəsait, əsasən, şagirdlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən fransız dili müəllimləri də istifadə edə bilərlər. Vəsaitin 1 – 3-cü bölməsi imtahan verənlərin 3 əsas kommunikativ bacarıqlarını inkişaf etdirməyə və öyrəndiklərini praktik test tapşırıqları ilə yoxlamağa imkan verəcək. Burada verilmiş izahatlar, onlara aid nümunələr, mətnlər, dialoqlar şagirdlərin yaş səviyyəsinə, onların nitq ehtiyac və tələbatlarına, qavrama səviyyələrinə uyğunlaşdırılmışdır.
İzahatlar və nümunələr şagirdlərin imtahana hazırlaşarkən kommunikativ bacarıqlarını inkişaf etdirməyə imkan verəcək. Dinləyib-anlama bölməsinə aid dialoq və mətnlərin audiofaylları DİM-in saytında yerləşdirilmişdir(http://dim.gov.az/news/2504/).
Vəsaiti aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
- Ad: Fransız dili
- Kateqoriya: Metodiki dərs vəsaitləri