Azərbaycan dili
Nəşr satışı yoxdur
Vəsait “Azərbaycan dili” fənninin dörd məzmun xəttini: Dinləyib-anlama və danışma, Oxu, Yazı, Dil qaydalarını V-XI siniflər üzrə tam əhatə edir. Ardıcıl şəkildə, hər bir məzmun xətti, bütovlükdə fənnin məzmunu anlaşıqlı, aydın dillə şərh edilir. Şagirdyönlü, nəticəyönlü təlim nəticələri – bacarıqlar ümumi şəkildə ifadə olunur. Məzmun xətlərini əhatə edən standartlara uyğun mühakiməyə, tətbiqetməyə, inteqrasiya yaratmağa və s. əsaslanan müxtəlif səviyyəli açıq və qapalı tipli tapşırıqlar verilir.
Müəyyən mövzuları daha dəqiq və praktik şəkildə mənimsəmək üçün kitabın “Əlavələr” rubrikasında vacib olan, lakin qiymətləndirmə (eləcə də buraxılış və qəbul imtahanlarında) zamanı tapşırıq predmeti olmayan dilçilik materialları da təqdim edilmişdir. Bu məlumatlar vəsaitdə çərçivədə sarımtıl rənglə yazılır.
Burada durğu işarələri, əməli yazılar ardıcıl olaraq nəzəri məlumat, praktik tapşırıqlar və yoxlama materialları ilə bütöv halda sistemli şəkildə təqdim olunur.
Lüğət bölməsində verilən sözlər isə yalnız dilçilik terminləri deyil, həm də kurikulumyönlü söz, termin və ifadələrdir. Bu ifadələr müəllimlər, metodistlər üçün əhəmiyyətlidir.
Vəsaiti aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
- Ad: Azərbaycan dili
- Kateqoriya: Metodiki dərs vəsaitləri