Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar dərc edilib. 

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilib:
1. Təsviri sənət * Memarlıq
2. Musiqi sənəti
3. Jurnalistika * İslamşünaslıq
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman

Vəsaitləri DİM-in əsas binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.