Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N2

Zenbile elave et

Hörmətli abituriyentlər! 2014/2015-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanmışdır.

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilmişdir:

1. Elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyent elektron ərizəsi"nin doldurulma qaydası və nümunəsi;

2. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);

3. 2013-cüildə tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları;

4. Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;

5. Abituriyentlər üçün elmi-metodiki məqalələr.

Bütün bu materiallar iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir.

Jurnalları TQDK-nın yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.