Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N12

Zenbile elave et

“Abituriyent” jurnalının 12-ci sayında 2013/2014-cütədris ili üçün tələbə qəbulunun nəticələrinə dair elmi-statistik materialları çap edilmişdir. Burada tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri – ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, ali təhsil müəssisələrinin reytinqi, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür.

Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilmişdir. Jurnalda həmçinin ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə, tam orta təhsil və ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun, həmçinin ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə aid təhlili materiallar təqdim edilmişdir.

Jurnalın bu sayının elektron versiyası da hazırlanaraq ona əlavə edilmişdir.

Jurnalı TQDK-nın binasının yanındakı "Abituriyent" köşkündən almaq olar.