Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Keçid balları - 2010 (ali təhsil müəssisələri üçün)

Zenbile elave et

Ötən illərdə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid balları ixtisas seçimi zamanı sizə düzgün istiqamət götürməkdə kömək edə bilər. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrar­lanan meyillər, tendensiyalar da özünü göstərir.

Aşağıda ali təhsil müəssisəsinə qəbul olmaq şansınızı müəyyənləşdirə bilməyiniz üçün sizə iki cədvəl təqdim olunur. Bunlardan birincisi ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisasların ali məktəblər üzrə formalaşmış keçid balları, ikincisi isə ixtisasların (ali məktəbdən, təhsil formasından, təhsil dilindən asılı olmayaraq) dövlət büdcəsi hesabına maliyyələşən yerlərinin müsabiqəsində formalaşmış keçid ballarıdır.

Hər hansı ali təhsil müəssisəsinin istəyinizə uyğun olan ixtisasına qəbul olmaq şansınızı müəyyənləşdirmək üçün siz qəbul imtahanında topladığınız balı (xatırladaq ki, qəbul imtahanında toplanılan ballar ixtisas seçimindən əvvəl elan edilir) 1-ci cədvəldə həmin ixtisasın keçid balı ilə müqayisə etməlisiniz. Əgər həmin ixtisasın dövlət büdcəsi hesabına maliyyələşən yerlərində təhsil almaq istəyirsinizsə, onda qəbul imtahanında topladığınız balın 1-ci və 2-ci cədvəllərdə müvafiq ixtisas üzrə keçid ballarının ən yüksəyi ilə müqayisəsini aparmalısınız. Apardığınız bu müqayisələrdə balınız müqayisə olunan keçid balından nə qədər yüksək olarsa, qəbul olmaq şansınız da bir o qədər yüksək olar.