Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Məntiqi təfəkkürü yoxlayan testlər

Zenbile elave et

Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap etmişdir.
“Məntiqi təfəkkürü yoxlayan testlər” vəsaiti ali təhsilin magistratura səviyyəsinə və vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar üçün tərtib edilmişdir. Vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanmışdır. Vəsaitdə test tapşırıqları üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi-riyazi.  Sonda hər birində 50 tapşrıq olmaqla iki variant  ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələri və vəsaitdəki bütün tapşırıqların izahlı cavabları təqdim olunmuşdur.
Kitabı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri:
- Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.  (DİM-in binası)
- Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)