Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
İnformatika

Zenbile elave et

Dövlət İmtahan Mərkəzi “İnformatika” adlı vəsaitin yenilənmiş nəşrini çap etmişdir.

“İnformatika” vəsaiti tələbələr, bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilmişdir. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da imtahanlara hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcəkdir.

Tamamilə yenidən işlənmiş 6-cı fəsil Microsoft Windows 10 əməliyyat sisteminə həsr olunub. Burada Windows 10 ƏS-nin təyinatı, əsas xarakteristikaları və anlayışları xarakterizə olunur.

Kitab 13 fəsildən ibarətdir.
1. İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI
2. KOMPÜTER VƏ ONUN  TEXNİKİ TƏMİNATI (HARDWARE)
3. ALQORİTMLƏŞDİRMƏNİN ƏSASLARI
4. PROQRAM TƏMİNATI (SOFTWARE) VƏ ONUN TƏSNİFATI
5. ƏMƏLİYYAT  SİSTEMLƏRİ
6. MICROSOFT WINDOWS 10 ƏMƏLİYYAT SİSTEMİ
7. MICROSOFT  WORD 2010 MƏTN PROSESSORU
8. MICROSOFT  EXCEL  2010 CƏDVƏL  PROSESSORU
9. MICROSOFT РОWЕRРОINT 2010  ELEKTRON TƏQDİMAT PROQRAMI
10. VERİLƏNLƏR BAZASI. MICROSOFT ACCESS 2010. VERİLƏNLƏR BAZASININ İDARƏEDİLMƏSİ SİSTEMİ
11. KOMPÜTER QRAFİKASININ ƏSASLARI
12. KOMPÜTER ŞƏBƏKƏLƏRİ
13. İNTERNET QLOBAL ŞƏBƏKƏSİ

Kitabı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri:
- Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.  (DİM-in binası)
- Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)