“Abituriyent” jurnalı redaksiyası 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib
21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində “Abituriyent” jurnalı redaksiyası iştirak edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə “Abituriyent” jurnalı stendində Dövlət İmtahan Mərkəzinin nəşrləri ziyarətçilərə təqdim olunub, nəşrlərin məzmunu və istifadə imkanları barədə ətraflı məlumat verilib.
Sərgi günlərində abituriyentlər, şagirdlər, valideynlər və digər ziyarətçilər vəsaitlər, test topluları və digər nəşrlərlə tanış olmaq imkanı əldə ediblər.
Həmçinin Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi beynəlxalq imtahanlar və peşə seçiminə dəstək istiqamətində göstərilən xidmətlər barədə məlumatlar təqdim edilib.