| Bilik yarışının öncülləri | I qrup | II qrup | III qrup | IV qrup
II QRUP / 2018
Səhifə № 8

İSGƏNDƏROV MURAD YAVƏR

Topladığı bal: 606

Qəbul olduğu ali məktəb:

Qəbul olduğu ixtisas: -

Bitirdiyi məktəb: SUMQAYIT ŞƏHƏRİ 3 nömrəli tam orta məktəb

ŞİRİNZADƏ NƏZRİN AZƏR

Topladığı bal: 606

Qəbul olduğu ali məktəb: Azərbaycan Dövlət İqtisad Universiteti

Qəbul olduğu ixtisas: Mühasibat uçotu və audit, dövlət sifarişli

Bitirdiyi məktəb: BAKI ŞƏHƏRİ YASAMAL RAYONU Bakı Avropa liseyi

İMANOVA AYSEL ELŞƏN

Topladığı bal: 606

Qəbul olduğu ali məktəb: "ADA" Universiteti

Qəbul olduğu ixtisas: Biznesin idarə edilməsi (tədris ingilis dilində)

Bitirdiyi məktəb: BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU ERA tam orta məktəbi

NURİYEV RAUL SƏYYAD

Topladığı bal: 605

Qəbul olduğu ali məktəb: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Qəbul olduğu ixtisas: Beynəlxalq münasibətlər, dövlət sifarişli

Bitirdiyi məktəb: BAKI ŞƏHƏRİ YASAMAL RAYONU Fizika,riyaziyyat və informatika təmayüllü lisey

ALIYEV ZEYNALƏBDİN VÜSAL

Topladığı bal: 602

Qəbul olduğu ali məktəb: Azərbaycan Dövlət İqtisad Universiteti

Qəbul olduğu ixtisas: İqtisadiyyat, dövlət sifarişli

Bitirdiyi məktəb: KƏLBƏCƏR RAYONU 12 nömrəli tam orta məktəb

VƏLİYEV İLHAM İLHAM

Topladığı bal: 601

Qəbul olduğu ali məktəb: Bakı Mühəndislik Universiteti

Qəbul olduğu ixtisas: Dünya iqtisadiyyatı (tədris ingilis dilində), dövlət sifarişli

Bitirdiyi məktəb: BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU 126 nömrəli tam orta məktəb

Səhifələr: <<   <   1   2   3   4   5   6   7   8  
Uğur əldə etmək uçun qarşınızda real bir məqsəd olmalıdır. Yüksək nəticənin, ali təhsil almağın sizin gələcək həyatınızı həll etməyi haqqda düşünün. Məqsədyönlü çalışmaq bəzi fədakarlıqlar tələb edə bilər, amma yorucu hazırlıq müddəti ərzində vaxtınızdan düzgün istifadə edin. Valideynlərinizə, dostlarınıza, əyləncəyə də vaxt ayırın.

ƏSGƏROVA TƏHMİNƏ MƏHƏMMƏD QIZI

696 bal, 2016-cı il

Qəbul imtahanına hazırlaşmaq çətin və məsuliyyətli işdir. Hazırlıq üçün bir hədəfiniz olmalıdır. Nəyi arzuladığınızı və nə uğrunda mübarizə apardığınızı bilməlisiniz. Hazırlıq müddətində bəzi əyləncələrdən uzaq durmalı və diqqətinizi sadəcə dərslərə yönəltməli, çox çalışmalısınız. Unutmayın ki, zəhmətsiz uğur yoxdur. İnanın ki, universitetə girməyin sevinci və qüruru sizə bütün əziyyətlərinizi unutduracaq.

İSMAYILOVA AYGÜL ELŞƏN QIZI

692 bal, 2016-cı il

Çox çalışmaq, məqsədyönlü olmaq, əzmkarlıq göstərmək, vaxtlarını düzgün bölmək, dərslərinə məsuliyyətli yanaşmaq və əlbəttə ki, özünə inanmaq.

QASIMZADƏ NAİL İBRAHİM OĞLU

692 bal, 2016-cı il

Yalnız 9-11-ci siniflərdə deyil,ibtidai siniflərdən hazırlaşmağa başlasınlar.Çoxlu test işləsinlər və sistemli çalışsınlar.Mövzunu yaza və qeydlər apara-apara öyrənsinlər,çoxlu təkrar etsinlər.İnadkar olsunlar və məqsədləri uğrunda inamla çalışsınlar.Yekun olaraq hər bir çətinliyin sonunda uğurun dayandığını unutmasınlar və heç nə ilə kifayətlənməsinlər.

BƏBİŞLİ CAVAD ÜMÜDVAR OĞLU

688.2 bal, 2021-cı il

Dərslərə müntəzəm şəkildə hazırlıqlı gəlsinlər, müəllimlərin dediklərinə diqqətlə qulaq assınlar, mütəmadi olaraq əlavə ədəbiyyatlardan istifadə etsinlər, daha geniş məlumat almaq üçün əlavə mənbələrdən istifadə etsinlər.

RƏŞİDOV ƏLİ CANBAXIŞ OĞLU

686 bal, 2016-cı il

Abituriyentlər hazırlaşma prosesinə son 2 ildə başlamamalıdır. Ümumiyyətlə, şagird təhsil dövründə dərslərinə hər gün müntəzəm hazırlaşmalıdır. Əks halda 5 fənn üzrə 6-7 illik dərs materialını 2 ildə mükəmməl şəkildə mənimsəyib yüksək nəticə göstərmək mümkün deyil.

İSAYEV TURAN FƏYYAZ OĞLU

686 bal, 2016-cı il

Məqsədli olmaq yüksək nəticə əldə etmək üçün əsas şərtdir. Hazırlıq prosesində yorulduğunuzu hiss etdiyiniz anlarda məqsəd sizə davam gətirmək üçün qüvvə verəcək. Bununla bərabər dərslərlə şəxsi həyatınızı doğru tarazlaşdırmağa çalışın, əylənməyə də vaxt ayırın. Müntəzəm çalışma sizi hədəfinizə çatdıracaq.

HÜSEYNZADƏ AYSUN ELDAR QIZI

675.5 bal, 2021-cı il

İlk öncə məqsədlərinin nə olduğunu tam olaraq anlamağa çalışmalarını tövsiyə edərdim. Bundan sonra ən önəmli işin araşdırmaq olduğunu düşünürəm. Bu həm zamanınızı idarə etməklə, həm də dərsdə keçilənlərlə bağlı ola bilər. Şüurlu və planlı şəkildə çalışmanın daha effektiv, nəticələrin daha yaxşı olduğunu demək olar. Bu çalışma müəyyən fədakarlıqlar tələb edə bilər, lakin tamamilə buna fokuslanmağın çox da yaxşı bir seçim olduğunu düşünmürəm, nəzərə aldıqda ki, bu uzun müddətli bir prosesdir.

ƏSƏDOV İSMAYIL ABBAS OĞLU

674.1 bal, 2021-cı il

Bütün hazırlıq dövründə test toplularından və “Abituriyent” jurnalından istifadə etməyin çox böyük faydası olacaq.

SALAMOV SABİR ELDAR OĞLU

644 bal, 2016-cı il

Əgər həqiqətən universitetə qəbul olmaq arzusundasınızsa, yorulmadan çalışın və daim müsbət düşünün. Bəzən hazırlığın ortasında (yəni fevral, mart) insan çox bezir. Hər şeydən uzaqlaşmaq istəyir. Əgər bu mənfi fikirləri atıb gücünüzü dərslərə səfərbər etsək, yüksək nəticə göstərmək daha da asanlaşır.

SULTANOV ÜLVİ SAMİR OĞLU

642 bal, 2016-cı il

Bütün hüquqlar qorunur © 2024 "Abituriyent" jurnalı