Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə və satış ünvanlarımız
Abituriyent jurnalinin online satish sistemi
Ümumi  (9 illik) təhsil pilləsində yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanın keçirilməsinə dair xüsusi buraxılış

Zenbile elave et

Abituriyent jurnalının xüsusi buraxılışında ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq olar. Qaydalara əassən ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə  buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.
Jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar,  buraxılış imtahanın I və II mərhələləri üçün tapşırıq nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapmışdır.
Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaqdır.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.


Zenbile elave et
3 manat