Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə və satış ünvanlarımız
Abituriyent jurnalinin online satish sistemi
Dövlət qulluğu N3

Zenbile elave et

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının
3‑cü nömrəsini çap etmişdir.
Bu nömrədə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydası”, “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri”, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydaları”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test və sınaq imtahanlarında bilik sahələri üzrə istifadə olunan test tapşırıqlarının müqayisəsinə aid nümunələr”, “Dövlət qulluğunda inzibati vəzifələrin B növü (inzibati icraçı vəzifələr) üzrə 17.12.2017-ci il tarixdə keçirilmiş  test imtahanına dair statistik məlumatlar”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar dərc olunmuşdur.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.


Zenbile elave et
3 manat