Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
BİOLOJİ KİMYA

Zenbile elave et

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə “Bioloji kimya” adlı vəsait hazırlamışdır.

Vəsait Azərbaycan Tibb Universitetinin bioloji kimya fənni üzrə tədris proqramı və rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilmiş, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilmişdir. Vəsaitdə kimyəvi reaksiyalar zamanı yerini dəyişən atom və ya molekulların, eləcə də bəzi sxemlərin rəngli təsvir olunması, eyni zamanda mürəkkəb biokimyəvi proseslərin reaksiyalarının sözlə ifadəsinin də verilməsi namizədin öyrəndiyi materialı daha asan qavramasına və yadda saxlamasına şərait yaradacaqdır.

Vəsaitdən Azərbaycan Tibb Universitetinin, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, bioloji kimya fənnini tədris edən müəllimlər istifadə edə bilərlər.

Vəsaitin elektron versiyasını (pdf formatında) TQDK-nın rəsmi saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/).