Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
Orta təhsil (9 illik) bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modeli

Zenbile elave et

Abituriyent jurnalının xüsusi buraxılışında ümumi orta təhsil (9 illik) bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modeli ilə tanış olmaq olar. Modelə əsasən buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.

Jurnalda, həmçinin V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, buraxılış imtahanı proqramları, yeni test tapşırığı nümunələri, tapşırıqlar üzrə qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri öz əksini tapmışdır.

Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaqdır.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.