Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə və satış ünvanlarımız
Abituriyent jurnalinin online satish sistemi
Ədəbiyyat - II Hissə

Zenbile elave et

TQDK “Abituriyent” jurnalının xüsusi buraxılışında fənlər üzrə test bankı toplularının nəşrini davam etdirir. Bu toplulara Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1994-2015-ciillərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə, hərbi məktəblərə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Toplularda test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ tapşırıqlardır. Toplular test bankında olan tapşırıqların bütün modellərini əhatə edir.Tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23minyeni test  tapşırığı əlavə olunub. Materialların həcminin genişliyi nəzərə alınaraq toplular 2 hissədə tərtib olunub.

Toplular nəşrə hazırlanarkən onlarda tapşırıqlar dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilmişdir.

Test topluları testologiyaya maraq göstərənlər və test tərtibi ilə məşğul olan mütəxəssislər üçün  dəyərli örnəkdir. Eyni zamanda  təlim-tədris prosesində biliyin qiymətləndirilməsində istifadə üçün faydalı bir vəsaitdir.

Abituriyentlər isə  öyrəndikləri bilikləri bu testlər vasitəsi ilə yoxlaya bilirlər. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayır. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edir. Onu da qeyd edək ki, bank testlərindən ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.

Topluların II hissəsində həm I, həm də II hissədəki test tapşırıqlarının düzgün cavabları təqdim olunub.  Bundan məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.

Vəsaiti kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.