Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Магистр N3

Zenbile elave et

Hörmətli bakalavrlar! "Magistr" jurnalının 3-cü  sayında sizə ali təhsil müəssisələrinin magistraturalarına bütün ixtisaslaşmalar üzrə qəbul proqramlarını təqdim edirik. Proqramlar Azərbaycan və rus dillərində iki kitabda nəşr edilib. Jurnalda həmçinin magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəlivə qəbul proqramları, magistraturaya qəbul imtahanında bakalavrların ixtisas üzrə suallara yazılı cavablarına qoyulan tələblər haqqında materiallar verilib.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar cədvələsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçim hüququ verən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Jurnalları TQDK-nın binasının yanındakı"Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.