Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Rezidentura N1

Zenbile elave et

“Rezidentura” jurnalınınbu ilki 1-ci sayı çapdan çıxmışdır. Xüsusi buraxılışda baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları Azərbaycan və rus dillərində təqdim olunmuşdur. Rezidenturaya qəbula hazırlaşan namizədləri belə bir sual düşündürə bilər: bəs, rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı qəbul proqramları əsasında hazırlaşmalı? Bu suala jurnalda verilmiş "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə tanış olmaq sayəsində dəqiq və dürüst cavab almaq mümkündür.

Rezidenturaya qəbula hazırlaşan hər bir namizəd əvvəlcə bu cədvəllə diqqətlə tanış olmalıdır. Cədvəlin 1-ci sütununda baza ali tibb təhsili səviyyəsində istiqamətlərin (fakültələrin) siyahısı təqdim edilib. Cədvəlin 2-ci sütununda baza ali tibb təhsili istiqamətlərinə uyğun olan rezidentura ixtisaslarının adları, 3-cü sütununda rezidenturaya qəbul üçün baza fənlərinin, 4-cü sütununda isə ixtisas fənlərinin siyahısı verilib.

Namizəd əvvəlcə 1-ci sütundakı siyahıdan bitirdiyi fakültənin adını tapır və 2-ci sütunda qeyd edilmiş rezidentura ixtisaslarından özünün baza ali tibb təhsilinə uyğun olanlarını müəyyənləşdirir. Namizəd qəbul imtahanına cədvəlin 3-cü və 4-cü sütunlarında verilmiş müvafiq baza və ixtisas fənlərinin proqramları əsasında hazırlaşır.

Yaxın günlərdə "Rezidentura" jurnalının 2-ci sayı çapdan çıxacaqdır. Bu sayda rezidenturaya qəbul elanı və ixtisas fənləri üzrə qəbul proqramları təqdim olunacaqdır.

Jurnalı TQDK-nın binasının yanındakı "Abituriyent" köşkündən almaq olar.