Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Биология

Zenbile elave et

TQDK “Abituriyent” jurnalının xüsusi buraxılışında fənlər üzrə test bankı toplularının nəşrini davam etdirir. Bu toplularda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1994-2014-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə, hərbi məktəblərə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Toplularda test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Toplular nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilmişdir. Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayır, ölkədə, region müəllimləri də daxil olmaqla, test tərtibi ilə məşğul olan mütəxəssislərin sayının artmasına imkan yaradır. Fənn müəllimləri və metodistlər təlim prosesində bank testlərindən biliyin qiymətləndirilməsi üçün istifadə edə bilirlər.

Abituriyentlər öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq imkanı əldə edirlər. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayır. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edir. Onu da qeyd edək ki, bank testlərindən ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.

Test toplularında tapşırıqların düzgün cavabları da verilmişdir. Bundan məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.

Vəsaitləri TQDK-nın yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.