Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Keçid balları - 2012 (ali təhsil müəssisələri üçün)

Zenbile elave et

Ötən illərdə tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları ixtisas seçimi zamanı abituriyentlərə düzgün istiqamət götürməkdə kömək edə bilər. Xatırladaq ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Onu da bilmək lazımdır ki, hər il minimal keçid ballarında oxşar, təkrar­lanan meyillər, tendensiyalar özünü göstərsə də, müəyyən dəyişikliklər də müşahidə olunur. Odur ki, keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmaq olmaz.

Hörmətli abituriyentlər! Ümidvarıq ki, bu məlumatlar ixtisas seçiminizi müəyyənləşdirməkdə sizə kömək edəcəkdir.

Jurnalı TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.