Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
Keçid balları – 2011 (tam orta təhsil bazasında (XI sinif) orta ixtisas təhsili müəssisələri üzrə)

Zenbile elave et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı  formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynaya bilər. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisaslar üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırma­malıdırlar. Jurnalımızın bu xüsusi buraxılışında tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisas­larına 2011-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edirik.

Jurnalı TQDK-nın binasının yanındakı "Abituriyent" köşkündən almaq olar.