Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Rezidentura N1

Zenbile elave et

 

“Rezidentura” xüsusi buraxılışının bu ilki 1-ci sayı çapdan çıxmışdır. Xüsusi buraxılışda baza ali tibb təhsili əsasında

REZIDENTURAYA QƏBUL QAYDALARI,
QƏBUL PROQRAMLARI,
TEST TAPŞIRIĞI NÜMUNƏLƏRİ,
BƏZİ TEST TAPŞIRIQLARININ İZAHLARI VƏ TÖVSİYƏLƏR

təqdim olunmuşdur. Qəbul proqramları baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilmişdir.

Rezidenturaya qəbula hazırlaşan namizədləri belə bir sual düşündürə bilər: bəs, rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı qəbul proqramları əsasında hazırlaşmalı? Bu suala jurnalda verilmiş "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə tanış olmaq sayəsində dəqiq və dürüst cavab almaq mümkündür.

Rezidenturaya hazırlaşan hər bir namizəd əvvəlcə bu cədvəllə diqqətlə tanış olmalıdır. Cədvəlin 1-ci sütununda baza ali tibb təhsili səviyyəsində istiqamətlərin (fakültələrin) siyahısı təqdim edilib. Cədvəlin 2-ci sütununda baza ali tibb təhsili istiqamətlərinə uyğun olan  rezidentura  ixtisaslarının adları, 3-cü sütununda rezidenturaya qəbul üçün baza fənlərinin, 4-cü sütununda isə ixtisas fənlərinin siyahısı verilib.

Namizəd əvvəlcə 1-ci sütundakı siyahıdan bitirdiyi fakültənin adını tapır və
2-ci sütunda qeyd edilmiş rezidentura ixtisaslarından özünün baza ali tibb təhsilinə uyğun olanlarını müəyyənləşdirir. Namizəd qəbul imtahanına cədvəlin 3-cü və
4-cü sütunlarında verilmiş müvafiq baza və ixtisas fənlərinin proqramları əsasında hazırlaşır.

Rus bölməsi üzrə qəbula hazırlaşan namizədlərin nəzərinə çatdırılır ki, “Rezidentura” jurnalının rus dilində versiyası elektron formatda (pdf) təqdim edilib. Onu www.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.