Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N1

Zenbile elave et

“Abituriyent” jurnalının 2012-ci ilin 1-ci sayı çapdan çıxmışdır. Jurnalda aşağıdakı materiallar dərc olunmuşdur:

- 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları
- Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları
- Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları
- Hərbi liseylərə qəbul imtahanı proqramları
- Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri
- Fənlər üzrə açıq tipli testtapşırığı nümunələri
- Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları
- “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları
- Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası.

“Abituriyent”in 1-ci sayından biləcəksiniz ki, bu ildən bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaqdır.Ali təhsil müəssisələrinin III qrupunda olan ixtisaslar DT və XH alt­qrup­larına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları aşağı­dakı kimi nəzərə alınacaq: ana dili – 2;  tarix – 2;  riyaziyyat – 1;  ədəbiyyat – 1;  xarici dil – 1.

Bu sayımızda  təqdim edilən materiallar sizin qəbula daha səmərəli hazırlaşmağınıza, qarşıya qoyduğunuz məqsədlərə çatmaqdan ötrü düzgün istiqamətlən­məyinizə kömək edəcəkdir.

Jurnalı TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.