Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Magistr N6

Zenbile elave et

AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏKTƏBLƏRİNİN MAGİSTRATURASININ BOŞ QALAN PLAN YERLƏRİNƏ QƏBUL HAQQINDA ELAN
2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinin magistraturasının boş qalan plan yerlərinə qəbul 3 may və 21 iyun 2009-cu il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında aparılır.
Ali məktəblərin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2009 cu il 28 iyul saat 9.00 dan 30 iyul saat 18.00 dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olaraq “Bakalavrın elektron ixtisas seçimi ərizəsi”ni doldurub təsdiq etməlidirlər. Ərizəni təsdiqləmək üçün bakalavrlar TQDK nın yeni ödəmə kartını almalıdırlar.
Elektron ərizə formasının doldurulma qaydası elanın sonunda təqdim olunur.
Hər bir bakalavr dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar bakalavrın imtahan verdiyi qəbul proqramına və onun bakalavr pilləsindəki ixtisasına uyğun olmalıdır.
TE 010000 Riyaziyyat, TE 030000 Fizika, TE 040000 Kimya, TE 050000 Biologiya, TE 060000 Coğrafiya, HS 020000 Filologiya, HS 040000 Dilşünaslıq, HS 070000 Tarix və HS 100000 Psixologiya istiqamətlərini bitirən və aşağıda verilən müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahan verdiyi proqrama aid ixtisaslarla yanaşı 35 saylı proqrama aid olan MM 010000 Maarif istiqamətinin boş qalan yerlərinin ixtisas kodlarını da göstərə bilərlər.
İxtisasların ardıcıllığı bakalavr tərəfindən müəyyənləşdirilir və o, topladığı ballara əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
İkinci magistr təhsili almaq istəyənlər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturanın yalnız ödənişli əsaslarla olan ixtisaslarını seçməlidirlər.
MÜSABİQƏ ŞƏRTLƏRİ
Müsabiqədə iştirak etmək üçün aşağıdakı tələblər ödənilməlidir:
Təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı (iki mərhələ üzrə topladığı balların cəmi) 70-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 15-dən, tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılması üçün isə ingilis dilindən topladığı bal 15-dən az olmamalıdır.
Müsabiqə şərtlərini ödəyən namizədlərin olmadığı proqramlar üzrə vakant yerlər boş qalan yerlərin siyahısına daxil edilməmişdir.
Ümumi balı eyni olan iki və daha çox bakalavrın hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;
- məntiqi təfəkkürü yoxlayan testdən toplanılan bal;
- xarici dil üzrə testdən toplanılan bal;
- bakalavr pilləsi üzrə orta qiymət balı.