Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
5-6 yaşlı uşaqların psixoloji diaqnostikası və inkişafı

Zenbile elave et

Metodiki vəsait 5-6 yaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə nəşr edilmişdir.

Metodiki vəsaitdən valideynlər, psixoloqlar, uşaq bağçası tərbiyəçiləri, məktəbə hazırlıq qrupları müəllimləri uşaqların diaqnostikası və inkişafı üçün istifadə edə bilərlər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin vəsaitdə yer alan “Ön söz”ünü təqdim edirik.

Əziz valideynlər və mütəxəssislər!

Bildiyimiz kimi, hər bir şəxsin təməl zehni bacarıqları və psixoloji xüsusiyyətləri kiçik yaşlardan formalaşmağa başlayır. Elmi araşdırmalar göstərir ki, keyfiyyətli məktəbəqədər hazırlıq prosesi keçmiş uşaqların təməl öyrənmə və düşünmə mexanizmləri yaxşı formalaşır və onlar təhsilin növbəti pillələrində daha rahat inkişaf edirlər. İradə gücü, emosional zəka, diqqət, yaddaş, nitq qabiliyyəti kimi psixoloji və zehni qabiliyyətlərin erkən inkişafı gələcək akademik nailiyyətlərin təminatıdır.

Bir sıra hallarda sosial mühit və həyatın təbii axını məktəbəqədər yaşlı uşaqlarda qeyd olunan keyfiyyətlərin formalaşması üçün yetərli psixoloji və informativ zənginliyi təmin etmir. Bu cür hallar uşaqların ibtidai və orta təhsil mühitində yoldaşlarından geri qalmasına, özünə inamının zəifləməsinə, öyrənmə motivasiyasının azalmasına, özünə və yoldaşlarına qeyri-sağlam münasibətin formalaşmasına səbəb ola bilər. Bu cür arzuolunmaz halların qarşısını almaq və uşaqların hərtərəfli inkişafını təmin etmək üçün erkən diaqnostika və məqsədyönlü korreksiya xarakterli müdaxilələr mühüm əhəmiyyət kəsb edir. Təqdim etdiyimiz metodiki vəsait məhz bu məqsədlə hazırlanıb.

Vəsaitdən istifadə etməklə siz ev şəraitində və ya məktəbəqədər hazırlıq müəssisələrində uşaqların elmi cəhətdən əsaslandırılmış metodlarla diaqnostikasını həyata keçirə və təqdim olunan oyunlar vasitəsilə onların hərtərəfli inkişafına töhfə verə bilərsiniz. Uşaqlar bizim gələcəyimizdir. Onların tərbiyəsi və inkişafı son dərəcə məsuliyyətli və vacib missiyadır. Bu missiyanın yerinə yetirilməsində hər birinizə uğurlar arzu edirəm!

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.


Zenbile elave et
5 manat