Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Magistr N3

Zenbile elave et

Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2019/2020-ci tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub. Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsiləbitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçməyəhüquqununolduğuixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Bakalavrların nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixində keçirilən iclasında müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün magistraturaya qəbul imtahanının I mərhələdəsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barəsində qərar qəbul olunmuşdur(bax: http://dim.gov.az/news/3252/).

Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu nömrəsində təqdim olunub.Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barəsində ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə də jurnalın bu sayında tanış olmaq mümkündür.

Azərbaycan dilində olan jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Rus dilində olan jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).