Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Fars dili

Zenbile elave et

DİM yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün "Fars dili" vəsaitini nəşr etmişdir.

Vəsait  “Giriş” və 4 bölmədən ibarətdir (“Din­ləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Dil qaydaları”). “Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” bölmə­lərinin hər birində mümkün olan tapşırıq növlərini yerinə yetirmək  üçün lazımi  nəzəri materiallar verilmiş və ona uyğun tapşırıqlar təqdim edilmişdir.

Vəsait, əsasən, şagirdlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki vəsait kimi də istifadə oluna bilər. Burada verilmiş izahatlar, onlara aid nümunələr, mətnlər, dialoqlar şagirdlərin yaş səviyyəsinə, onların nitq ehtiyac və tələbatlarına, qavrama səviyyələrinə uyğunlaşdırılmışdır.

İzahatlar və nümunələr şagirdlərin imtahana hazırlaşarkən kommunikativ bacarıqlarını inkişaf etdirməyə imkan verəcək. Dinləyib-anlama bölməsinə aid mətnlərin audiofaylları DİM-in saytında yerləşdirilmişdir (http://dim.gov.az/news/2504/).

Vəsaiti aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.